RU

Tramp ölüm hökmü ilə bağlı sərəncam verdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqinə icazə verən sərəncam imzalayıb.

Bu cəza tədbiro ABŞ-nin ştatı olmayan Kolumbiya dairəsində həyata keçirilib. Bura rəsmi olaraq ABŞ Konqresi tərəfindən idarə olunur.

1871-ci il qanunu ilə Konqres Vaşinqton, Corctaun və Vaşinqton dairəsini vahid bələdiyyədə birləşdirərək bütün dairəni idarə etmək üçün hökumət yaratdı. Rəsmi olaraq ərazi Kolumbiya dairəsi adlandırıldı.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin baş prokuroru Pam Bondi imzalanma mərasimindən sonra bütün ölkədə ölüm cəzasına icazə verilməsini istədiyini açıqlayıb.

"Biz bunun üçün təkcə Vaşinqtonda deyil, bütün ölkədə mübarizə aparırıq",- deyə Bondi jurnalistlərə bildirib.

Yeri gəlmişkən, 1973-cü ildən bəri ABŞ-də edama məhkum edilmiş 200 nəfər bəraət qazanıb və bəraət qazananların 108-i qaradərili olub.

Избранный
16
1
cebheinfo.az

2Источники