RU

Nazpəri səhər verilişlərini pislədi

Xalq artisti Nazpəri Dostəliyeva verilişlərə səslənib. 
 
"Günə uğurla" verilişində qonaq olan müğənni səhər verilişlərində qalmaqal etməməyi deyib. O bildirib ki, səhər verilişləri tamaşaçılara neqativ ötürür:
 
"İnsanlara səhərlər sənəti olmayanları gətirib, dedi-qodunu sırımasınlar. Musiqidən danışanda kiməsə xoş gəlmir. Biz Azərbaycan musiqisini təbliğ edirik. Verilişlərdən rica edirəm, musiqini, sənətkarı təbliğ etsinlər. İnsanlara yuxudan oyananda yaxşı ovqat bəxş etsinlər. Tək əldən səs çıxmır. Mən durub nə qədər deyim... Gənclərə də söz demək olmur. Öz tələbələrimə deyirəm ki, yaxşı musiqi təbliğ edin".  (Axşam.az)
Избранный
5
5
moderator.az

6Источники