RU

Paşinyan hakimiyyətdən gedə bilər: “Ermənistan” fraksiyası impiçmentlə bağlı HƏRƏKƏTƏ KEÇDİ 

Ermənistan parlamentinin “Ermənistan” fraksiyası “Şərəfim var” bloku tərəfindən irəli sürülən hakimiyyətin impiçmenti təşəbbüsünü dəstəkləyib.

KONKRET.az xəbər verir ki, fraksiya nümayəndəsi İşxan Saqatelyan bugünkü dinləmələr zamanı təşəbbüsün müəlliflərinə “Ermənistan” fraksiyasının bütün 28 deputatının imzalarını təqdim edib.

Lakin layihəni parlament müzakirəsinə çıxarmaq üçün ümumilikdə 36 səs tələb olunur, səsvermənin uğurlu sayılması üçün isə 54 səs lazımdır. Hazırda “Ermənistan” və “Şərəfim var” bloklarının birgə səsləri yalnız 34-ə çatır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
16
1
konkret.az

2Источники