RU

Sırskidən VACİB AÇIQLAMA: Kursk vilayətindəki hücum qoşunları…

Baş komandan Sırskı hücum qoşunlarının Kursk vilayətində effektivliyini vurğulayıb və bildirib ki, hazırda artıq bir neçə hücum polku mövcuddur. O, niyə hücum və desant-hücum qoşunlarını birləşdirməyib ayrı bir növ kimi formalaşdırdıqlarına dair sualı cavablandırıb.

KONKRET.az xəbər verir ki, Sırskı qeyd edib: “Bəzi insanlar niyə hücum və DŞV-ni bir strukturda birləşdirmirik, niyə belə bir inkişaf yolu və Qüvvələrin quruluşu seçilib, anlamırlar. Bizdə qeyri-adi müharibə gedir. Bu, yüksək texnologiyalı, dron müharibəsidir. Və biz daim ən böyük uğuru gətirən formaları, üsulları, strukturları və döyüş aparma metodlarını axtarırıq”.

O, DŞV ilə adi hücum qoşunları arasındakı fərqləri də izah edib. Baş komandanın sözlərinə görə, DŞV ən vacib məntəqələrdə, düşmənin güclü olduğu sahələrdə işlədilir; bu birliklər həm müdafiə, həm hücum apara, həm də dərin reydlər həyata keçirə bilirlər.

Eyni zamanda Sırskı hücum qoşunlarını sürətli reaksiya verən bölmələr kimi xarakterizə edib — onların əsas xüsusiyyəti mobilikdir, bu da hücum potensialını artırır və müharibənin müasir çağırışlarına uyğunlaşmanı təmin edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
28
1
konkret.az

2Источники