RU

Əliyevin çıxışı dünya ictimaiyyətinin Azərbaycana rəğbətini daha da artıracaq

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan prezidenti BMT Baş Assambleyasındakı çıxışında faktiki olaraq dövlətimizin strategiyasından, əldə edilən uğurlardan, beynəlxalq hüquq normalarının təmin edilməsindən, Vətən müharibəsindəki qələbədən sonra bərpa işlərinin aparılmasından və inkişafdan danışdı. Dövlət başçısı mina təhlükəsini də xüsusi qeyd etdi. Dövlət başçımız çıxışında sülh, əməkdaşlıq, beynəlxalq hüquq normalarının bərpası barədə mövqeyini də dünya ictimaiyyəti ilə bölüşdü. Azərbaycanı və dünyanı bir daha sülhə və əməkdaşlığa dəvət etdi, dövlətimizin bu istiqamətdə əlindən gələni etdiyini vurğuladı. Yəni dünya ictimaiyyəti Azərbaycan və onun strategiyası barədə bir daha məlumatlandırıldı”.Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışını şərh edərkən deyib.Mollazadə vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa, BMT nizamnaməsinə əsaslanaraq ərazi bütövlüyünü, əsas hüququ olan suverenliyini təmin edib: “Prezident bunu açıq qeyd etdi. Bildirdi ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı çıxardığı qətnamələr yerinə yetirilməyib və Azərbaycan məcbur olaraq bu işi özü görüb. Daha sonra Azərbaycan regionda sülh və əmin-amanlıq üçün ciddi işlər aparıb, sülh müqaviləsi təklifi ilə çıxış edib. Hesab edirəm ki, prezident İlham Əliyevin çıxışı dünya ictimaiyyətində Azərbaycana olan rəğbəti və diqqəti bir qədər də artıracaq”.Mollazadə əlavə edib ki, BMT-nin özünün yenilənməsinə ehtiyac var və bunu zamanla Azərbaycan və Türkiyə prezidentləri də daxil olmaqla, siyasi liderlər gündəmə gətirirlər: “Bəli, həqiqət budur ki, II Dünya Müharibəsindən sonra yaranan dünya sistemi artıq işləmir. Fikrimcə, yeni sistemin qurulmasına ehtiyac var. Çünki qəbul edilən qərarlar həyata keçirilmir. Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etsə də, bir sıra ölkələr var ki, onların belə imkanları yoxdur. Amma ədalətli və nizamın olduğu sistemdə hər kəsin hüququ təmin oluna bilər. Bu baxımdan BMT-nin köhnə sistemi müasir çağırışlara cavab vermir və onun yenilənməsinə, ədalətli olmasına ehtiyac var”.Nemət ORUCOVReyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
reyting.az

2Источники