RU

Azərbaycanda bərpa olunan enerjinin inkişafı ilə ildə 300 min kubmetr qaza qənaət edilə bilər - AYİB

Bakı. Trend:

Azərbaycan üçün uzunmüddətli aşağıkarbonlu inkişaf yolununhazırlanması enerji təhlükəsizliyini təmin etmək, karbonemissiyalarını azaltmaq və dayanıqlı artımı təmin etmək məqsədiləenerji sistemi modelləşdirilməsini tələb edir. Bu prosesdəbərpaolunan enerji mənbələrinin tətbiqi və regional şəbəkələrininteqrasiyası həm imkanlar, həm də çətinliklər yaradır.

Trend xəbərverir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİb)Enerji sektoru üzrə baş bankiri Sandro Museridze Bakıda keçirilən“Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbirizamanı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda quraşdırılmış gücün 80faizdən çoxu neft və qaz əsasında fəaliyyət göstərir: "Lakinəvvəldə qeyd etdiyim kimi, yalnız iki bərpaolunan enerji mənbəsininəlavə edilməsi ilə ildə təxminən 300 min kubmetr təbii qaza qənaətedilə bilər. Bu qaz, məsələn, bu gün müzakirə olunan hidrogenistehsalı üçün istifadə oluna bilər. Deməli, həm imkanlar, həm dəçağırışlar mövcuddur".

AYİB rəsmisi vurğulayıb ki, bazarın tədricən uyğunlaşması vəregional əməkdaşlıq bu prosesə dəstək verir: "Bu səbəbdən dəelektrik şəbəkəsi çox vacibdir. Çünki şəbəkə yalnız bir ölkə üçündeyil, eyni zamanda ölkələr arasında inteqrasiya vasitəsidir.Bugünkü müzakirələrdə dəfələrlə qeyd olunan “enerji dəhlizi”ideyası məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bunun həm Azərbaycan, həm region, həm də Mərkəzi Asiya üçünböyük rolu var. Çünki Avropada enerji tələbatı açıq şəkildəartmaqda davam edir və bu, region üçün böyük fürsət yaradır".

Избранный
30
3
az.trend.az

4Источники