RU

Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzidir ICESCO rəsmisi

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu festival böyük bəstəkarın dahiliyinə ehtiram, Şərqin ruhunu və Qərbin yeniliklərini vəhdətdə təqdim edən yaradıcılığın rəmzidir. Bu festival həm də dünyaya göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, sülhün, ilhamın və yaradıcılığın ünvanıdır".Demokrat.az xəbər verir ki, bu fikirləri ICESCO-nun Bakı Regional Ofisinin direktoru Əbdülhakim Əl Sənan XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən "Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" adlı Beynəlxalq Forumda deyib.ICESCO rəsmisi həmçinin qeyd edib ki, Üzeyir Hacıbəyli Festivalı sadəcə bədii tədbir yox, musiqi və incəsənətin nəfəs aldığı qlobal platformadır.Qeyd edək ki, Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində təşkil olunan forum ICESCO ilə Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə gerçəkləşdirilir.Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
2
demokrat.az

5Источники