RU

İranla bağlı yeni iddia: Müharibəyə hazırlaşır?

Xəbər verdiyimiz kimi, İsraillə 12 günlük müharibədən sonra infrastrukturu ciddi şəkildə zədələnən İran raket qurğularını sürətlə təmir etməyə başlayıb. Ekspertlərin fikrincə, Tehran çatışmayan avadanlıqları Çindən almaqla yüksək istehsal gücünü bərpa edə bilər.

Hurriyyet.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, “Planet Labs” tərəfindən çəkilən peyk görüntülərinə əsasən, Tehran intensiv şəkildə raket istehsalı obyektlərini təmir edir.

İranın müdafiə naziri general Əziz Nəsirzadə də qarşıdurmalardan sonra verdiyi açıqlamada, İranın indi daha təkmilləşdirilmiş yeni raketlərə sahib olduğunu bəyan edib. Onun sözlərinə görə, 12 günlük müharibədən sonra İranın prioritetləri dəyişib, onlar artıq yüksək əməliyyat qabiliyyətinə malik hərbi texnika istehsalına yönəliblər. 

Ekspertlərin fikrincə, İran bərk yanacaq istehsalı üçün lazım olan avadanlıqları Çindən ala bilər. Daha əvvəl Çin şirkətlərinin bu sahədə İrana müəyyən avadanlıq satdığı iddia edilmişdi. ABŞ Dövlət Departamenti də İrana balistik raket gücləndirici komponentlər verdiyini iddia etdiyi Çin şirkətlərinə sanksiya tətbiq etmişdi.

İran prezidenti Məsud Pezeşkian və yüksək rütbəli hərbi rəsmilərin Çinin qələbə günü münasibətilə Pekinə səfər etmələri, Çin sədri Si Cinpinlə keçirilən ikitərəfli görüşlə bağlı heç bir təfərrüatın açıqlanmaması da ekspertlərin iddialarını artırıb.

Eyni zamanda, Çin Xarici İşlər Nazirliyinin İranın milli suverenliyi, təhlükəsizliyi və milli ləyaqətini qorumağı dəstəklədiyinə dair açıqlaması Pekinin Yaxın Şərqdə sülh və sabitliyə töhfə vermək üçün öz təsirindən istifadə etməyə davam etmək istəyi kimi şərh edilib.

 

Избранный
2
14
hurriyyet.az

10Источники