RU

Starbucks bəzi filiallarını bağlayacaq və işçiləri ixtisar edəcək

Starbucks bəzi filiallarını bağlayacaq və işçiləri ixtisar edəcək

ABŞ mərkəzli qəhvə şəbəkəsi Starbucks restrukturizasiya planı çərçivəsində Şimali Amerikadakı bəzi filiallarını bağlayacağını və işçi sayını azaldacağını açıqlayıb.

Şirkət bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına rəsmi məlumat təqdim edib. Bildirişdə qeyd olunur ki, şirkət idarə heyəti “Starbucks-a dönüş” strategiyası çərçivəsində yenidənqurma planını təsdiqləyib.

Məlumata görə, bu strategiya əsasında portfel yenidən nəzərdən keçiriləcək, markanın imicinə uyğun olmayan və maliyyə baxımından zəif nəticə göstərən filiallar bağlanacaq. Şirkət həmçinin müştərilərə və filiallara daha yaxın investisiyalara üstünlük verəcək, dəstək strukturlarında da dəyişikliklər ediləcək.

Filialların bağlanmasının böyük hissəsinin cari maliyyə ilinin sonuna qədər başa çatacağı gözlənilir. Yenidənqurma prosesi çərçivəsində təxminən 1 milyard dollar xərclənəcək ki, bunun 90 faizi Şimali Amerika bölməsinə aid olacaq.

Xərclərin təqribən 150 milyon dolları işçilərin təzminatlarına, 400 milyon dolları şirkətə məxsus mağaza avadanlıqlarının dəyərdən düşməsinə və satışına, 450 milyon dolları isə vaxtından əvvəl bağlanacaq filialların müqavilə öhdəliklərinə sərf olunacaq.

Starbucks-ın baş icraçı direktoru Brayan Nikkol səhmdarlara ünvanladığı məktubda bildirib ki, 2025-ci maliyyə ilində Şimali Amerikadakı şirkətə məxsus filialların sayı təxminən 1 faiz azalacaq.

O əlavə edib ki, pərakəndə satış sahəsindən kənar xərclər də ixtisar ediləcək və bu, təqribən 900 vəzifənin ləğvi ilə nəticələnəcək.

Избранный
20
afn.az

1Источники