RU

Bakıda ağacların nömrələnməsinə başlanılıb FOTO

Milli.az saytına istinadən ain.az xəbər verir.

Bakıda ağaclar nömrələnərək uçota alınır.

Milli.Az xəbər verir ki, nömrələnmiş ağacların üzərində xüsusi barkod və nömrəsi qeyd olunub.

Həmin barkod mobil telefonla skan edilən zaman ağac haqqında məlumatları əldə etmək olur. Belə ki, açılan pəncərə də ağacın yerləşdiyi ünvan və ağacın adı dəqiq göstərilir. Eyni zamanda ağacın hündürlüyü və gövdəsinin diametri göstərilir. 

Eyni zamanda vətəndaşlar özləri də ağac barəsində məlumatları proqram vasitəsilə qeyd edə bilərlər. 

Qeyd edək ki, şəhər yaşıllıqlarının inventarlaşdırılması layihəsi IDEA İctimai Birliyinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi şəhər ərazisindəki yaşıllıq sahələrinin mühafizəsini gücləndirmək, ağacların mövcud vəziyyətini izləmək və onların davamlı qorunmasını təmin etməkdir. Bu təşəbbüs, eyni zamanda, ekoloji maarifləndirməni artıraraq cəmiyyətin təbiətə qarşı daha məsuliyyətli və diqqətli münasibətinin formalaşmasını təşviq edir.

Mehman Əsədov

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
4
news.milli.az

5Источники