RU

"Qarabağ"ın rəqibinin müdafiəçisi 1 illik sıradan çıxdı

"Liverpul"un baş məşqçisi Arne Slot müdafiəçi Covanni Leoninin zədə səbəbindən təxminən bir il yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

Operativ Media xəbər verir ki, Slot bu haqda mətbuat konfransında deyib.

"Leoni çarpaz bağını qoparıb, ona görə də o, təxminən bir il yaşıl meydanlardan kənarda qalacaq. Yeni klub, yeni ölkə, ilk oyununda çox yaxşı oynayırsan. O, hələ çox gəncdir və onu belə bir dəhşətli zədədən sonra çox illər gözləyir".

18 yaşlı italiyalı İngiltərə Liqa Kubokunun 3-cü turunda "Sauthempton"a 2:1 hesablı məğlubiyyətdən sonra komandanın heyətində debüt matçında zədələnib. Onu 81-ci dəqiqədə Miloş Kerkez əvəzləyib.

Leoni "Liverpul"a  yayda "Parma"dan 35 milyon avroya keçib.

Избранный
16
operativmedia.az

1Источники