Emin Ramazanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə və yandırmaqla külli miqdarda ziyan vurub qəsdən əmlakı məhv etməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanıb.
Bu barədə Heftelik.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib.
Belə ki, istintaqla 2021-ci il iyulun 9-da Emin Ramazanovun atası Cahangir Ramazanlı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində fərdi yaşayış evlərindən birində qisas məqsədilə Ülfət Höccətova bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsi, daha sonra sonuncunun meyitinin üzərinə, evin otağı və dəhlizinə dizel yanacağı töküb yandırmaqla zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurub əmlakı qəsdən məhv etməsinə əsaslı şübhələr müəyyən edilib.