"Sabah"ın yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, fransalı futbolçu ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib.
Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.
Qeyd edək ki, “Sabah” 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə yayda 2 illik müqavilə imzalayıb. Fransanın “Anje” klubunun yetirməsi olan futbolçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.