RU

Ukrayna üç yüksək rütbəli macar hərbçisinin ölkəyə girişini qadağan etdi

Ukrayna üç yüksək rütbəli Macarıstan hərbçisinin ölkəyə girişini yasaqlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə sentyabrın 26-da Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa X sosial şəbəkəsində məlumat verib.

“Biz üç yüksək rütbəli Macarıstan hərbçisinə ölkəyə giriş qadağası tətbiq etdik. Bu, Macarıstan tərəfindən hərbçilərimizə əvvəlki əsassız giriş qadağasına bizim güzgü cavabımızdır”, – bəyanatda qeyd olunur.

Nazir əlavə edib ki, Macarıstan tərəfindən edilən hər bir hörmətsizlik Ukrayna tərəfindən mütləq cavablandırılacaq:

“Xüsusən də bu, Ukrayna ordusuna qarşı hörmətsizlik olarsa, reaksiyamız sərt olacaq”.

Hadisə barədə əlavə məlumatlar yaxın saatlarda açıqlanacağı gözlənilir.

Xəbər 3 dəfə oxunub.
Избранный
66
xezernews.az

1Источники