RU

Bakıda torpaq 20 faiz bahalaşdı

Bakıda torpaq bazarında aktivlik yüksəlib.

XəzərNews.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı deyib.

Onun sözlərinə görə, şəhər mərkəzinə və inkişaf edən rayonlara yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat çoxalıb.

G.İsmayılqızı bildirib ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində son dövrdə 15–20 faiz artım qeydə alınıb:

"Ümumilikdə fərdi yaşayış evləri və torpaq bazarında qiymət artımı və yüksək aktivlik bazarın sabitliyini və davamlı inkişafını göstərir. Həm yeni, həm də köhnə tikililər üzrə tələbatın davam etməsi, alıcı marağının geniş spektrdə oldugunu göstərir".

Xəbər 7 dəfə oxunub.
Избранный
13
14
xezernews.az

10Источники