RU

Ödənişli təhsildən ödənişsizə keçənlərin sayı açıqlandı

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu il 804 nəfər ödənişli təhsildən ödənişsiz təhsilə keçib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda bakalavriat üzrə əmrlərin göndərilməsi prosesi davam edir.

“Bundan sonra Təhsil Nazirliyi ilə birgə dövlət sifarişli boş yerlərin hansı istiqamətlərdə qaldığını müəyyənləşdirəcəyik və həmin maliyyə vəsaitinin istifadəsi üçün yerləşdirmə aparılacaq. Dəqiq rəqəmlər isə müzakirədən sonra açıqlanacaq”, — o vurğulayıb.

Sədr əlavə edib ki, proses tam şəffaf şəkildə aparılır və heç kimin hüququ pozulmur:

“Dövlət maliyyə vəsaiti ayrılıbsa, o, mütləq istifadə olunmalıdır”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
bakivaxti.az

2Источники