RU

İstintaq Yekaterinburqda həbs olunan Şıxlinskilər və Səfərovların cinayət törətməsinə dair əsaslı sübutlar tapa bilmir

Rusiya İstintaq Komitəsi hələ də Yekaterinburqda həbs olunan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Səfərovların cinayət törətməsi barədə əsaslı sübutlar tapa bilmir.

Bu barədə “ruscriminal.info” nəşri yazıb.

Nəşrin bildirdiyinə görə, ittiham tərəfi azərbaycanlı Səfərovlar və Şıxlinskilərin Yekaterinburqda niyə belə vəhşicəsinə saxlanıldığını və onlara qarşı irəli sürülən ittihamların nəyə əsaslandığını izah edə bilmir.

Qeyd olunub ki, təxminən üç aylıq istintaqdan sonra Ural müstəntiqlərinin əlində bir neçə məhbusun etiraflarından başqa heç nə yoxdur. Nəşr bu etirafların Hüseyn və Ziyəddin Səfərovların ölümlərində olduğu kimi, amansız işgəncələr altında verilə biləcəyinə işarə edib.

O da bildirilib ki, məlum hadisələrdən sonra Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk Regional İdarəsi və Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsində mərkəz tərəfindən geniş yoxlamalar aparılıb.

“Federallar iş materiallarını nəzərdən keçiriblər, hər iki qurumun rəhbərləri ilə, eləcə də azərbaycanlılara qarşı işə rəhbərlik edən müstəntiqlə - İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə dördüncü idarəsinin rəisi, mayor Yaroslav Kuzvesovla söhbət aparıblar. Yoxlamalardan sonra mayor Kuzvesov cinayət işlərində əlində olan sübutlar barədə general-mayor Boqdan Frantsişko (İstintaq Komitəsi) və general-mayor İqor Nikolayevi (FTX) aldatdığını etiraf edib. Kuzvesovun həmkarlarının dediyinə görə, o, Sverdlovsk İstintaq Komitəsinin digər idarələrin rəislərinin polkovnik rütbəsinə malik olmasından, yalnız onun mayor rütbəsində olmasından narazıdır. Hətta Kuzvesovun müavininin rütbəsi daha yüksəkdir, o, polkovnik-leytenantdır”, - deyə mənbə qeyd edir.

“Kuzvesov azərbaycanlılara qarşı açılan cinayət işinə özünün karyera yüksəlişi üçün əla fürsət kimi baxır”, - nəşr yazıb.

Ruscriminal.info” Yekaterinburq müstəntiqinin Sverdlovsk təhlükəsizlik strukturlarının rəhbərlərini beynəlxalq münaqişəyə cəlb etdiyini də bildirib.

Избранный
33
5
aznews.az

6Источники