RU

İcra başçısı qazinin toyunda iştirak etdi FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ölkəmizin azadlığı və suverenliyi uğrunda 44 günlük Vətən müharibəsində sücayət göstərərək 3-cü qrup əlil olmuş Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Zaur Arif oğlu Mustafayev ailə həyatı qurub.

"Unikal" xəbər verir ki, Ağstafa şəhərində yerləşən şadlıq saraylarının birində baş tutan toy mərasimində, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslər iştirak ediblər.

Qazimizin valideynləri, Arif və Gülnarə Mustafayevlərə göz aydınılığı verilib, onlara və doğmalarına ən xoş arzular çatdırılıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Zaur Mustafayev “Vətən müharibəsi iştirakçısı”, Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
3
unikal.az

4Источники