RU

Bakıda “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum başa çatdı

Bu gün Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Gülüstan” sarayında “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum başa çatıb.

Teleqraf xəbər verir ki, forum ICESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilib.

Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən sonuncu panel "Üzeyir Hacıbəylinin qlobal musiqi səhnəsində mövqeyi" mövzusuna həsr olunub.

Paneldə Qırğızıstan Respublikasının Xalq artisti, professor Karagul Tilençiyev, Özbəkistan Respublikasının İncəsənət üzrə doktoru, professor Şoyista Ganikhanova, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Tunis Ali Musiqi İnstitutunun direktoru, musiqişünaslıq üzrə professor, Sorbonna Universitetinin fəlsəfə doktoru Fakher Hakima, həmçinin Aveiro Universitetinin Kommunikasiya və İncəsənət fakültəsinin dosenti iştirak ediblər.

Çıxışçılar Üzeyir Hacıbəylinin əsərlərinin milli musiqi irsini qoruyaraq onu dünya musiqi mədəniyyəti ilə birləşdirməsini, həmçinin Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılmasına verdiyi töhfələri vurğulayıblar.

Избранный
85
teleqraf.com

1Источники