RU

Trampdan Rusiya nefti ilə bağlı yeni açıqlama - onlar imtina etməkdə çətinlik çəkir...


ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı deyib ki, ​Macarıstan və Slovakiya Rusiya neftindən imtina etməkdə çətinlik çəkir.

Onun sözlərinə görə, Macarıstan üçün Rusiyadan neft alışını dayandırmaq həqiqətən çətindir.

Tramp qeyd edib ki, Macarıstanın dənizə çıxışı yoxdur və bu, alternativ təchizatçılardan neft almağı çətinləşdirir. Bundan başqa, Ağ Ev rəhbəri əlavə edib ki, Slovakiya da oxşar vəziyyətdədir.

Ötən gün Ərdoğanla görüşdə Tramp Türkiyənin Rusiya neftinin alışına son qoymasında israrlı olduğunu bildirib.

ZÜMRÜD

Избранный
42
2
baki-xeber.com

3Источники