RU

İlk dəfə Mingəçevir, Gəncə, Ağstafa arasında qatar reysi açılır

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycanda son illərdə ilk dəfədir bölgələrdəki şəhərlə arasında qatar reysi açılır.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Dəmiryolları elan edib ki, sərnişinlər müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə gedə biləcək.

İlk qatar sentyabrın 28-də yola düşəcək və biletlər 25 sentyabrdan satışa çıxarılacaq.

Gəncədən Mingəçevirə ən ucuz bilət 2 manat 60 qəpik, Mingəçevirdən Ağstafaya isə ən ucuz bilet 6 manat 80 qəpik olacaq.

İlk qatar gəncədən çıxıb Mingəçevirə, oradan geri qayıdaraq Gəncəyə və oradan Tovuzdan keçib Ağstafaya gedəcək.

Axşam qatar əks istiqamətə qayıdıb, sonuncu qatar Mingəçevirdən Gəncəyə yola düşəcək.

Qatarın Mingəçevir, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından keçəcəyi bildirlir.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə biletlər satılacaq.

Məlumata görə, qatarda pulsuz internet xidməti təklif olunacaq.

Dəmir yolları proqnozlaşdırıb ki, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.

Azərbaycanda Sovet illərindən 2009-cu ilə kimi bölgələrarası qatar reysi olub, sonradan dayanıb.

Pandemiyada dövründə bütün istiqamətlərə reyslər dayanıb son illə isə dəmiryolunda sərnişin daşımaları yenidən canlanır.

Video açılmırsa, YouTube kanalımızda baxın.

Избранный
14
bbc.com

1Источники