RU

Bakıda bu xəstəxana 13 yaşlı ürək xəstəsini müayinədən imtina etdi

Əbülfəz Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında ürək aparatı işləmir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bakı sakininin Axar.az-a ünvanladığı şikayətdə bildirilib.

Valideyn Zöhrab Əliyev deyib ki, bu gün səhər saatlarında 13 yaşlı övladını kəskin ürək ağrıları səbəbindən sözügedən xəstəxanaya aparıb. Xəstəxana isə ürək aparatının işləmədiyini bildirirərək, müayinədən imtina edib.

Sözügedən məsələ ilə bağlı TƏBİB-ə sorğu verilib.

"Cebheinfo.az" 

Избранный
27
7
cebheinfo.az

9Источники