RU

Həyat sığorta şirkətlərinin yığımları və bazar payı üzrə renkinqi (YANVAR-AVQUST-2025)

Azərbaycanda həyat sığortası şirkətlərinin 2025-ci ilin yanvar-avqust ayları üzrə yığımları və bazar payı reytinqi açıqlanıb.

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki,  hesabat dövrü ərzində həyat sığortası şirkətlərinin ümumi yığımlarının həcmi 593 573 min manat təşkil edib.

Bu məbləğin böyük hissəsi, yəni 481 472 min manatı ("Paşa Həyat Sığorta" ASC) tərəfindən yığılıb. Şirkətin bazar payı 81,1% olmaqla, bazarda dominant mövqeyə sahib olduğunu bir daha təsdiqləyib.

Reytinqin ilk beşliyində yer alan digər şirkətlərin yığımları və bazar payları aşağıdakı kimi formalaşıb:

"Atəşgah Həyat" Sığorta Şirkəti ASC: 73 158 min manat yığım ilə ikinci yerdə qərarlaşıb. Onun bazar payı 12,3% təşkil edir.

"Qala Həyat" Sığorta Şirkəti ASC: 21 063 min manat yığımla üçüncü mövqedədir. Şirkətin bazar payı 3,5%-dir.

"Mega Həyat Sığorta" ASC: 10 849 min manat yığıma sahib olub və 1,8% bazar payı ilə dördüncü olub.

"Xalq Həyat" Sığorta Şirkəti ASC: 7 211 min manat yığımla ilk beşliyi tamamlayır, bazar payı isə 1,2%-dir.

Həyat sığorta şirkətlərinin yığımları və bazar payı  üzrə renkinqi

(2025-ci il, yanvar-avqust ayları)

Sığorta şirkətləri

Yığımların həcmi

(min manat)

Bazar payı

(%)

1

"Paşa Həyat Sığorta" ASC

481 472

81,1%

2

"Atəşgah Həyat" Sığorta Şirkəti ASC

73 158

12,3%

3

"Qala Həyat" Sığorta Şirkəti ASC

21 063

3,5%

4

"Meqa Həyat Sığorta" ASC

10 849

1,8%

5

"Xalq Həyat" Sığorta Şirkəti ASC

7 211

1,2%

 

YEKUN

593 573

-

Избранный
22
fed.az

1Источники