RU

İçməli su tam təmizlənmədən əhaliyə satıldı

Naxçıvan Muxtar Respublikasında içməli su şəbəkəsinə sayğac quraşdırılıb və su satışı həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Naxçıvan Dövlət Su Ehtiyyatları Agentliyi və tabeli qurumlarında apardığı 2023-2024-cü illərdə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditi üzrə hesabatında qeyd olunub.

Məlumata görə, audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq, bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilib.

Избранный
15
10
axar.az

10Источники