RU

27 Sentyabr tarixi qeyri-iş günü elan oluna bilər?

27 Sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur. 2020-ci ildə bu tarixdən başlayaraq 10 noyabra qədər davam edən İkinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin xatirəsi hər il həmin gün yad edilir, məzarları ziyarət olunur.

Ölkəmizdə qeyd olunan digər anım günü isə 20 Yanvardır. Lakin 20 Yanvar qeyri-iş günü olduğu halda, 27 Sentyabr rəsmi iş günüdür. 

Bu da Anım Günündə müxtəlif rayonlardan Bakıya gələrək şəhidəri yad etmək istəyənlərin, ya da paytaxtdan bölgələrə ziyarətə gedənlərin işini çətinləşdirir. 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, qeyri-iş günlərinin sayının artırılmasının əleyhinədir: 

“Bu ərəfədə xeyli bayramlar, tədbirlər, həmçinin şəhərlər, suverenlik və antiterror günü var. Biz bütün il boyu bu günlərə qeyri-iş günü statusu versək, müəyyən problemlər yarana bilər. Buna görə də konkret prinsip yaradılmalıdır. Qeyri-iş gününə bunlardan hansının salınmasının daha uyğun olub-olmadığı araşıdırılmalıdır”. 

Deputatın sözlərinə görə, 27 sentybarın qeyri-iş günün olması doğru deyil:

“Bu, insanların könüllü ziyarəti ilə bağlı məsələdir. Vaxt tapıb axşam 8-də və ya lap tezdən də xiyabana getmək olar. Bu günü özəl və dövlət müəssələrində qeyri-iş günü elan etmək və iş prosesini axsatmaq doğru deyil. Həyat davam edir. Anım Gününün qeyri-iş günü olmamasına baxmayaraq, insanların xiyabanı sərbəst ziyarəti üçün şərait yaradılmalıdır”.  

Избранный
5
4
modern.az

5Источники