RU

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib -Fotolar



Sentyabrın 26-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitənin sədri Anar İsgəndərov iclası açaraq, 27 sentyabr gününün Azərbaycan xalqının taleyində əhəmiyyətini qeyd edib. Ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı qələbənin tarixi önəm daşıdığını bildirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edildiyini vurğulayıb. Sonra iclas iştirakçıları Anım Günü münasibəti ilə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra iclasda gündəlikdəki məsələyə - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb.
Komitə sədri bildirib ki, sənəddə komitənin profilinə uyğun olan “Təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunların müvafiq maddələrində edilən dəyişikliklərdə “valideynlərini itirmiş” sözlərinin çıxarılması təklif olunur.
Sonra parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsinin mahiyyəti ilə bağlı diqqətə çatdırıb ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında daxil olmuş layihədə nəzərdə tutulan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Məlumat verilib ki, sənəddə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun anlayışları özündə ehtiva edən 1-ci maddəsi yeni redaksiyada təqdim olunur. Bununla yanaşı, bu və layihədə adları çəkilən digər qanunlarda “valideynlərini itirmiş” anlayışının çıxarılması ilə bağlı redaktə xarakterli dəyişikliklər öz əksini tapıb. Dəyişikliklərin normativ hüquqi aktlar arasında olan ziddiyyətin və qanunvericilikdəki boşluqların aradan qaldırılması baxımından zəruriliyi qeyd edilib.
Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Fariz İsmayılzadə, üzvləri Şahin Seyidzadə, Vasif Qafarov, Ceyhun Məmmədov, Əziz Ələkbərov, Elnarə Akimova çıxış edərək, təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyiblər, bəzi fikir və qeydlərini açıqlayıblar.
Tədbirin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Sevinc Fətəliyeva, Afət Həsənova, Pərvin Kərimzadə, Samir Vəliyev, Mehriban Vəliyeva, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.



Избранный
19
7
aia.az

8Источники