RU

Bəzi ödənişli əsaslarla təhsil alanlar pulsuz oxuyacaq

"Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək".

Bunu APA-nın sualına cavab olaraq DİM sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu, Elm və Təhsil Nazirliyi ilə müzakirə olunacaq və boş qalan dövlət sifarişli yerlər açıqlanacaq: "Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir".

"Cebheinfo.az" 

Избранный
22
19
cebheinfo.az

10Источники