İran və Rusiya arasında yeni enerji əməkdaşlığı razılaşdırılıb.
Tehran "Rosatom" şirkəti ilə ümumi dəyəri 25 milyard dollar olan müqavilə bağlayıb.
News365.az xəbər verir ki, IRNA-nın yaydığı xəbərə görə, razılaşma çərçivəsində ölkədə dörd kiçik atom elektrik stansiyasının inşası nəzərdə tutulur.
Sözügedən sənəd iki ölkə arasında nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadənin genişləndirilməsini hədəfləyir.
News365.az