RU

Oğuzda meşəni qıran şəxsə cinayət işi açıldı

Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq növündən olan ağacları kəsən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Избранный
16
5
onn.az

10Источники