RU

Yeni transfer Azərbaycanla bağlı sirrini AÇIQLADI

"Sabah"ın ən son heyətinə qatdığı legioner Velko Simiç oldu.

Amma çempionatın startından sonra "tələblər"in düşərgəsinə qoşulmasına baxmayaraq, serbiyalı legioner artıq əsas heyət üzvü hesab olunur.

Son 3 görüşdə meydanda olan yarımmüdafiəçi "Turan Tovuz"la son görüşdə qol hesabını belə aça bildi.

Maraqlıdır, onun qısa müddətdə ölkəmizə adaptasiya olmasının, yeni komandanın əsas heyət üzvünə çevrilməsinin kökündə hansı səbəblər durur?

Bu sualın cavabını Velkonun dilindən eşidək:

"Qol vurduğuma görə şadam. Kahim Parris həmin anda gözəl ötürmə etdi, mən isə bunu dəyərləndirdim.

Lakin qoldan da mühüm olan komandanın qalib gəlməsidir. Komandaya qısa müddətdə adaptasiya olduğumu deyə bilərəm.

Bunda daha öncə baş məşqçimiz Valdas Dambrauskasla çalışmağımın da böyük rolu olduğunu deyə bilərəm. Daha öncə “Omoniya”da Dambrauskasın rəhbərliyi altında çıxış etmişdim. Bu amil də komandaya uyğunlaşmağımda müəyyən rol oynadı".

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
5
sportinfo.az

1Источники