RU

Qızıl almaq istəyənlərə VACİB XƏBƏR: Qiymətlər rekord həddə bahalaşacaq, yoxsa…?

ABŞ-ın nəhəng bankı JPMorgan 2026-cı ilin ortalarına qədər qızıl qiymətlərinin tarixi rekorda çatacağı ilə bağlı proqnoz açıqlayıb. Bankın hesablamalarına görə, qızılın unsiyası 4 050 – 4 150 ABŞ dolları aralığında dəyişəcək. Maraqlıdır, Qızıl qiymətlərinin bahalaşması Azərbaycanın zərgərlik bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın qiymətinin artması Azərbaycanın zərgərlik bazarını iflic etməyəcək, sadəcə məhsulların bahalaşmasına səbəb olacaq:

Əməkhaqqının

“Hazırda qızılın qiyməti 3 800 dollardır. JPMorganın da proqnoz etdiyi kimi, qiymət 4 100 dollara qədər qalxacaq. Bu, təxminən 10 faiz artım deməkdir. Belə olan halda, zərgərlik məhsullarının qiyməti də 10 faiz bahalaşacaq. Son bir ildə qiymətlər artıq 40 faiz yüksəlib, amma bazarda proseslər normal qaydada davam edir”, – deyə ekspert qeyd edib.

İqtisadçının sözlərinə görə, qızılın rekord həddə çatması Azərbaycanın valyuta bazarına ciddi təsir göstərməyəcək:

“Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ehtiyatlarının 25-26 faizini qızıla yatırıb. Qızıl bahalaşdıqca, həmin ehtiyatların dollar ifadəsində dəyəri də artır. Bu, əksinə Azərbaycanın valyuta ehtiyatlarının güclənməsi deməkdir. Digər tərəfdən, Azərbaycan neft ixracatçısıdır və əlavə gəlirlər qızıl qiymətlərindəki artımı balanslaşdırır. Ən çox ziyan görən isə zərgərlik məhsulları alan vətəndaşlardır”, – deyə Kərimli vurğulayıb.

Beləliklə, qızılın rekord həddə bahalaşması Azərbaycanda zərgərlik məhsullarının qiymətini artırsa da, ölkənin valyuta bazarına neqativ təsir göstərməyəcək.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
10
1
konkret.az

2Источники