RU

Trampın Türkiyəyə çağırışına Kremldən cavab

Biz Türkiyə ilə ticari-iqtisadi əməkdaşlığımızı davam etdiririk. Türkiyə suveren dövlətdir və özü qərar verir ki, bizimlə hansı sahələrdə əməkdaşlıq etsin. Əgər müəyyən ticarət növləri və mallar Türkiyə tərəfinə sərfəlidirsə, bunu davam etdirəcək.

"Bakuinfo" xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Türk axını” qaz xətti tam gücü ilə işləyir. “Mavi axın” da tam gücü ilə işləyir”, - Peskov əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadan neft tədarükünü dayandıracağına inandığını bildirmişdi.

 (axar.az)

Избранный
35
bakuinfo.net

1Источники