RU

Ödənişli təhsil alanların bəziləri pulsuz oxuya biləcək

“Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək”.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu, Elm və Təhsil Nazirliyi ilə müzakirə olunacaq və boş qalan dövlət sifarişli yerlər açıqlanacaq:

“Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir”.

Bizim.Media 

Избранный
46
19
bizim.media

10Источники