RU

Misli Premyer Liqasında iki turun proqramı AÇIQLANDI

Misli Premyer Liqasında VIII və IX turun oyun cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

VIII tura oktyabrın 17-də "Şamaxı" – "Kəpəz" matçı ilə, IX tura isə oktyabrın 24-də "Karvan-Yevlax" – "Turan Tovuz" qarşılaşması ilə start veriləcək.

Misli Premyer Liqası
I dövrə, VIII tur
17 oktyabr (cümə)

14:30. "Şamaxı" – "Kəpəz"
Şamaxı şəhər stadionu

19:00. "Turan Tovuz" – "Qarabağ"
"Azərsun Arena"

18 oktyabr (şənbə)

14:30. "İmişli" – "Qəbələ"
Quba Olimpiya Kompleksinin stadionu

18:00. "Sumqayıt" – "Karvan-Yevlax"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 oktyabr (bazar)

16:00. "Sabah" – "Zirə"
"Bank Respublika Arena"

18:30. "Neftçi" – "Araz-Naxçıvan"
"Palms Sports Arena"

IX tur
24 oktyabr (cümə)

14:30. "Karvan-Yevlax" – "Turan Tovuz"
Şamaxı şəhər stadionu

17:00. "Kəpəz" – "İmişli"
Qəbələ şəhər stadionu

25 oktyabr (şənbə)

16:00. "Araz-Naxçıvan" – "Sabah"
"Liv Bona Dea Arena"

18:30. "Zirə" – "Sumqayıt"
Zirə İdman Kompleksinin stadionu

26 oktyabr (bazar)

16:00. "Qəbələ" – "Neftçi"
Qəbələ şəhər stadionu

18:30. "Qarabağ" – "Şamaxı"
"Azərsun Arena"

İdman.biz

Избранный
17
9
idman.biz

10Источники