RU

Zelenski: “Əraziləri diplomatik yolla qaytara bilərik”

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın “The Axios Show” portalınamüsahibəsində belə deyib.

“Əgər bu əraziləri qaytarmağa gücümüz çatmasa, gələcəkdə diplomatik yollarla onları geri qaytarmağa hazırıq. Bu, hamı üçün yaxşı güzəştdir”, - Zelenski Ukraynanın bəzi ərazilərinin itirilməsini qəbul edib-etməyəcəyi ilə bağlı sualın cavabında bildirib.

Onun sözlərinə görə, Ukrayna öz ərazilərinin qaytarılması ilə bağlı gələcək dialoqa hazırdır. Lakin Kiyev heç vaxt ərazi güzəştləri ilə razılaşmayacaq və işğal olunmuş ərazilərdə Rusiyanın hakimiyyətini tanımayacaq.:“Biz bunu edə bilmərik”.

Bununla belə, Ukrayna lideri kompromis ehtimalını istisna etməyib, onun fikrincə, bu, “hamı üçün” faydalı olacaq. Zelenski bildirib ki, Ukrayna bu problemi “daha az itki ilə” həll etməlidir.

WP:“Kiyev Trampdan iki suala cavab istəyir”
Son günlər Rusiya PUA-larının və təyyarələrinin Avropanın hava məkanını pozulmasına gəlincə,Zelenski “hər şey vurulmalı idi” deyib.

- Çox zəif reaksiya oldu. Əgər torpağınızda kimsə sizin xalqınızı öldürürsə, siz cavab verməlisiniz. Əgər təyyarələr sizin hava məkanınızdadırsa, onları bloklamaq lazımdır”,- Ukrayna prezidenti avropalılara məsləhət verib.

Zekenski onu da diqqətə çatdırıb ki, Ukrayna hazırda müharibəni uduzmur, lakin kifayət qədər silaha malik olmadığından münaiqədə qalib də deyil. Kiyevin isə əsas problemi hava hücumundan müdafiə (HHM) sistemlərinin olmamasıdır.

Volodimir Zelenski həmçinin ABŞ prezidnti Donald Trampın Ukraynanın qalib gəlməsini istədiyini də vurğulayıb.

“Vəziyyət Trampın Rusiya prezidenti Vladimir Putinlə münasibətinə görə dəyişib. Zənnimcə, prezident Tramp başa düşdü ki, bu məsələyə beləbaxsaq da, Putin ona uğur gətirməyəcək. Məncə, cəmiyyət, Amerika cəmiyyəti, və ABŞ prezidenti üçün bu, çox vacibdir”,- Zelenski bildirib.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp Ukraynanın ərazi bütövlüyünü tam bərpa etmək və hətta “daha da irəli getmək” şansı olduğunu açıqlamışdı. Amma onun bu bəyanatı istər Amerikada, istər Rusiyada, istərsə də avropalı müttəfiqlər arasında heç də birmənalı qarşılanmayıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
12
azvision.az

1Источники