
BU GÜN sentyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi təşkilat şöbəsinin müdiri ARİF ABDULLAYEVİN qətlinin 35 ili tamam olur. Ancaq heç bir media qurumu onu yada salmadı. NİYƏ ? Nə üçün ?
Hətta mərhum vəkil Adil İsmayılovun Arif Abdullayevin qətli ilə bağlı fikirləri SAYTLARDAN silinib. Daha doğrusu, SİLDİRBİLƏR.
26 sentyabr 1990-cı ildə xalqımızın düşmənləri, daha doğrusu, "özümüzünkülər" Arif Abdullayevi xaincəsinə Bakıda, 8-ci kilometr qəsəbəsindəki öz evində qətlə yetirdilər.
Arifin qardaşı Cavanşir Əfqanıstanda gedən müharibədə həlak olmuşdu.
NUH.az olaraq media üzərindən apardığımız araşdırma zamanı Arif Abdullayev barəsində nəinki bir cümləyə, hətta bir sözə rast gəlmədik.
Sanki bir sirrli qüvvə Arif Abdullayev barəsində yazmağa, danışmağa qadağa qoyub.
Maraqlıdır ki, son 20-30 ildə AXC liderləri də onu heç vaxt yada salmayıb, xatırlamayıb, hətta adını dilə gətirməyiblər.
Xalq Hərəkatının adi üzvlərini az qala qəhrəman, əfsanəvi isim, millət fədaisi, türk sevdalısı adlandıranlar niyə Arifin adını 35 ildə bircə dəfə də çəkməyiblər ?
Özümüzdən olan düşmənlərimiz onu unutdurmağa çalışsalar da, Arif Abdullayevin şərəfli adı tariximizdə əbədi qalacaqdır.
Allah rəhmət eləsin ! Məkanı cənnət olsun.