RU

İran kəşfiyyatının yalanı üzə çıxdı - SEPAH tənqid etdi

Kəşfiyyat Nazirliyinin "İsraildən əldə edilən eksklüziv görüntülər və məlumatlar” adlı sənədli filmində internetdə mövcud olan arxiv şəkillərindən istifadə olunub.

Aktual.az xəbər verir ki, bunu SEPAH-a bağlı "Fars” xəbər agentliyi yazıb.

"Bu səliqəsizlik düşmən media orqanlarına sənədli filmdə əks olunan bütün məlumatları uydurma adlandırmaq üçün bəhanə verib”, - agentlik əlavə edib.

Qeyd edək ki, bundan əvvəl İran təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətib İsrailə aid milyonlarla səhifəlik məxfi sənədləri ələ keçirdiklərini iddia edib.

1 gün sonra isə onun "məxfi” adlandırdığı və İran televizyasında nümayiş etdirilən sənədlərin bir çox internet saytı və "Quql”da yayılan açıq məlumat və sənədlər olduğu üzə çıxıb.

Избранный
8
2
ulusum.az

3Источники