RU

Ermənistanda icma rəhbərinin və yanındakı polis dostunun qətlində şübhəli şəxs saxlanıldı - Qısas cinayəti?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanda müxalif siyasətçi, Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətlində şübhəli şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə mediahub.am öz mənbələrinə istinadla məlumat yayıb.
Həbs edilən şəxs bu ilin fevralında kütləvi dava zamanı həlak olan Parakar sakininin qardaşıdır. Həmin davadan sonra Volodya Qriqoryanın qardaşı Paykar ev dustaqlığına alınmışdı. İddialara görə, şübhəli qardaşının ölümü üçün Qriqoryanlar ailəsindən qisas almaq istəyib.
Polis əməliyyatı zamanı itlərin köməyi ilə şübhəli izlənilib, onun yandırdığı ehtimal edilən paltarlar tapılıb. Ermənistan Daxili İşlər Nazirliyi hələ məlumatı şərh etməyib, cinayətin açılması istiqamətində tədbirlərin davam etdiyi bildirilib.
Xatırladaq ki, sentyabrın 24-nə keçən gecə "Aprelu Yerkir" partiyasının üzvü Volodya Qriqoryan evinin qarşısında güllələnərək öldürülüb. Hücum zamanı onun polisdə işləyən dostu da həlak olub. Partiyanın lideri hazırda Bakıda həbsdə olan Qarabağın keçmiş "dövlət naziri" Ruben Vardanyandır.
Избранный
46
oxu.az

1Источники