RU

Netanyahu: 12 günlük müharibə hərb tarixinə düşəcək, Tehran səmasını nəzarətə götürmüşdük » AzadMedia.az


İran İsraili məhv etmək məqsədi ilə nüvə silahı yaratmaq üçün proqram hazırlayıb.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında deyib.

“İran sürətlə böyük nüvə silahı və böyük ballistik raket proqramlarını inkişaf etdirirdi. Bunlar təkcə İsraili məhv etmək deyil, həm də ABŞ-ı təhdid etmək və hər yerdə xalqları şantaj etmək məqsədi daşıyırdı”, - Baş nazir bildirib.

Onun sözlərinə görə, İrana qarşı 12 günlük müharibə hərb tarixinə düşəcək: “Gördüyünüz kimi, İsrail qırıcılarının pilotları Amerikanın B-2 bombardmançı pilotları ilə birlikdə İranın nüvə zənginləşdirmə obyektlərini bombaladılar. Pilotlarımız İranın raket əleyhinə müdafiə sistemlərini zərərsizləşdirərək Tehran səmasını nəzarətə götürdülər”.

Netanyahu ABŞ Prezidenti Donald Trampa cəsarətli və qətiyyətli hərəkətinə görə təşəkkür edib. O vurğulayıb ki, İran İsraili məhv etmək məqsədi ilə nüvə silahı yaratmaq üçün proqram hazırlayıb: “Keçən il mən bu yerdə dayandım və bu xəritəni göstərdim. Bu xəritə İranın “terror oxu”nun lənətini göstərir. Bu ox bütün dünyanın sülhünü təhdid edirdi. Bu, regionumuzun sabitliyini və hətta ölkəm İsrailin varlığını təhdid edirdi. İran İsraili məhv etmək məqsədi ilə nüvə silahı yaratmaq üçün proqram hazırlayıb”.

Netanyahu diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa edilməlidir: “Biz ayıq-sayıq qalmalıyıq. Biz İrana öz hərbi nüvə potensialını, zənginləşdirilmiş uran ehtiyatlarını bərpa etməyə imkan verməməliyik. Bu ehtiyatlar aradan qaldırılmalı və sabah BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa edilməlidir”.


Netanyahunun sözlərinə görə, İran xalqı yenidən azadlığa qovuşacaq: “Səbirli İran xalqı yenidən azadlığa qovuşacaq. Onlar İranı yenidən böyük edəcəklər”.

O əlavə edib ki, iki qədim xalq - İsrail və İran xalqları bütün dünyaya fayda verəcək dostluğu bərpa edəcək.
Избранный
19
12
azadmedia.az

10Источники