"Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək".
News24.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu, Elm və Təhsil Nazirliyi ilə müzakirə olunacaq və boş qalan dövlət sifarişli yerlər açıqlanacaq: "Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir". (APA)