RU

Şirkətlər xaricdən bu avtomobillərin sifarişini dayandırır – AÇIQLAMA

Məlum olduğu kimi, 1 yanvar 2026-cı il tarixində hibrid və “plug-in” hibrid avtomobillərin idxalı zamanı nəzərdə tutulan güzəştin müddəti bitir. Həmin tarixə qədər mühərrik həcmi 2500 kub santimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı ƏDV-dən azaddır. Bu günə qədər sözügedən güzəştin müddətinin uzadılması ilə bağlı heç bir qərar qəbul olunmayıb.

Editor.az  xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, artıq bəzi şirkətlər hibrid və “plug-in” hibrid avtomobillərin sifarişlərini götürməyi dayandırıblar. Belə ki, hər hansı gecikmə baş verəcəyi təqdirdə, müştərilərə gömrük güzəşti müddətinə çatıb-çatmayacağı ilə bağlı qarantiya verilmir. Riski gözə alan vətəndaşlar üçün yenə də sifarişlər həyata keçirilir. Sifariş edilən hibrid avtomobil 2025-ci ilin sonuna qədər ölkəyə gəlib çatmazsa, sahibi tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı 18% ƏDV ödəməli olacaqlar. Bu zaman da avtomobil üçün ödənilən gömrük rüsumunun məbləği xeyli artmış olacaq.

Qeyd edək ki, əksər şirkətlər Cənubi Koreyadan hibrid avtomobillərin sifarişlərini götürməyi tamamilə dayandırıblar. Çindən avtomobil gətirmək istəyənlər üçün isə 15 oktyabr tarixinədək sifarişlərin həyata keçiriləcəyi bildirilib. Vurğulanıb ki, qeyd edilən tarixlərdən sonra sifariş edilən avtomobillərin güzəşt müddətində ölkəyə çatıb-çatmaması ilə bağlı şirkətlər məsuliyyət daşımayacaqlar. Sezar pizza

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Şahin Göyləroğlu bildirib ki, bu, olduqca vacib məsələdir: “Mən deyərdim ki, 15 oktyabr tarixi artıq bir çox ölkələrdən sifariş üçün gec olacaq, çünki Çindən və ya Cənubi Koreyadan gətirilməsi nəzərdə tutulan avtomobil müxtəlif portlardan və sərhədlərdən keçir. Aramızda bir neçə ölkələr, çox sayda keçid məntəqələri mövcuddur. Eyni zamanda, su yolu vasitəsilə də daşınma prosesi həyata keçirilir. Hava şəraiti pis olduğu təqdirdə, bərələr yola çıxmır.

Cəmi üç günlük bir xəta və ya nasazlıq bəs edir ki, ümumi daşınma müddəti 1-2 həftə uzansın. Belə olduğu təqdirdə risk yaranır, məsuliyyət məsələsi ortaya çıxır”, – deyə o qeyd edib.

Şahin Göyləroğlu vurğulayıb ki, 18%-lik güzəşt məbləği olduqca ciddi bir rəqəmdir: “Misal üçün, 20 min dollarlıq maşında 3 600 dollarlıq (6 min manatdan çox) artım olacaq. Heç bir satıcı da bunun qarşısını ala bilməz.

Mənim fikrimcə, hibrid və “plug-in” hibrid avtomobillərin sifarişi üçün artıq gecdir. Çində 1-8 oktyabr tarixlərində bayram günləri olacaq. Onlar geri qayıtdıqda işi nə qədər sürətli görsələr də, 1 həftəlik gecikmə ilə olacaq. Beləliklə, oktyabrın 15-i belə təhlükəli tarixə çevrilir. Cənubi Koreyadan sifariş edilən avtomobillərlə bağlı vəziyyət isə daha qəlizdir. Çünki, adətən həmin maşınlar dəniz yolu ilə daşınır və daşınma müddəti Çinə nisbətən daha uzun olur.

İl sonuna doğru getdiyimiz üçün, yeni il səbəbindən müəyyən gecikmələr baş verə bilər. Dünyanın bir çox şirkətləri ilin son 3 ayında stokunu artırmaq istəyir. Ön rezervasiyalar olur, gəmilər dolur, yol xərcləri artır və s. Nəticədə sizin malınız ya gecikəcək, ya da baha gəlib çıxacaq”.

Ekspert ölkəyə avtomobil idxalı ilə məşğul olan şəxslərin vətəndaşları əvvəldən xəbərdar etməsinə müsbət yanaşdığını bildirib: “Yenə də həmin şəxslər sağ olsunlar ki, bu gün “almayın, məsuliyyət sizdədir” deyirlər. Mən əminəm ki, bu işlə məşğul olan şəxslərin cəmi 50%-i belə deyir. Digərlərinin heç vecinə də deyil. Deyəcək ki, avtomobili almısan, məsuliyyət də səndədir.

Qanunvericiliklə nəzər salsaq, düz deyir. İş məhkəməyə də getsə, deyəcəklər ki, güzəşt yanvarın 1-nə qədər idi, bitdi. Vasitəçi olan şəxs alıcının yerinə gömrük ödənişləri etməyə borclu deyil. Belə olan halda, avtomobili ölkəyə idxal edən şəxs heç bir əlavə pul qazanmır. Deyə bilmərik ki, qəsdən edib. Pul yenə də dövlətə ödənilir. Sadəcə alıcının xərcləri artır”, – deyə o əlavə edib.

Избранный
12
3
editor.az

4Источники