RU

Bakıda ev yandı - 1 nəfər tüstüdən zəhərləndi

Paytaxtın Xəzər rayonunda evdə yanğın olub.

Musavat.com xəbər verir ki, bununla bağlı Fövqalədə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
21
27
musavat.com

10Источники