RU

Neftçalada 71 yaşlı kişini cərəyan vurub öldürdü

Neftçala rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Pirəbbə kəndində baş verib.

Kənd sakini, 1954-cü il təvəllüdlü Cabir Eyvazov yaşadığı evin həyətində ehtiyat su çəninə su vurmaq istəyərkən ehtiyatsızlıqdan su motorunun naqilindən elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
8
9
moderator.az

10Источники