“Neftçi” nigeriyalı futbolçu İfeanyi Metyunu transfer edib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb.

Norveç kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.