RU

Təqaüdçülərin pulunu ələ keçirən şəxs saxlanıldı

Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun oğurlandığı barədə polisə məlumat verib.

Publika.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi 23 yaşlı Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub.

Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4 nəfərin kartındakı 1977 manat vəsaiti taladığı müəyyən edilib.

Избранный
23
13
publika.az

10Источники