RU

Prezidentin Nyu-York səfəri Azərbaycanın qalib ölkə kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi ŞƏRH  

Prezident İlham Əliyevin Nyu-Yorka səfəri vacib görüşlər, yeni əməkdaşlıq imkanları, yüksək səviyyəli sülh mesajları ilə yadda qalıb. Səfər zamanı keçirilən çoxsaylı görüşlər açıq şəkildə Azərbaycanın beynəlxalq arenadakı artan maraq və nüfuzunun göstəricisidir. Ən əsas məsələ isə bütün görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutmasıdır. Dövlət başçısının dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərinin rəhbərləri ilə görüşündə bir daha Azərbaycanın cəlbedici tərəfdaş kimi önəminə diqqət yetirilib. Eyni zamanda, müxtəlif ölkələrin rəhbərləri ilə keçirilən görüşlərdə Azərbaycanın Cənubi Qafqazda sülh və sabitlik təşəbbüskarı kimi mövqeyinin daha da güclənməsi bir daha ön plana çıxıb. Azərbaycanın rolu tarixi nailiyyət kimi qiymətləndirilib. Həmçinin ABŞ Prezidenti Donald Trampın Azərbaycanın dövlət başçısı haqda səsləndirdiyi yüksək səviyyəli fikirlər iki lider arasında səmimi münasibətlərin əyani təsdiqidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışını bu səfərin kulminasiyası kimi dəyərləndirib: “Dövlət başçımız ali kürsüdən çıxışı zamanı bir çox vacib mesajlar verdi. İlk növbədə qeyd etməliyik ki, 30 il ərzində beynəlxalq ədalət axtarışında olan Azərbaycanın Prezidenti bu dəfə artıq qalib ölkənin lideri kimi dünya ictimaiyyətinin qarşısına çıxdı. “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam” - deyən Prezident İlham Əliyev otuz ilə yaxın müddətdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin ağır nəticələrinə diqqəti yönəltdi. Məhz BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icra edilmədiyini, Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığını xatırlatdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar 7 dəfə yüksək səviyyəli bəyanat, eləcə də Baş Assambleyanın “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı iki qətnaməsi kağız üzərində qaldı. Dövlətimizin başçısı, eyni zamanda, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk Qrupunun da öz missiyasını yerinə yetirə bilmədiyini bir daha bəyan etdi. Nəhayət, Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək öz ərazi bütövlüyünü təmin etdiyini bildirdi. Yəni, dövlətimizin başçısı BMT qətnamələrinin bu ali təşkilat tərəfindən yox, məhz Azərbaycanın özü tərəfindən icra edildiyini açıq şəkildə bəyan etdi”.

N.Məmmədova qeyd edib ki, Prezident İlham Əliyevin bu çıxışı ilə müharibədən dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmaq təklifinin də Azərbaycandan gəldiyi beynəlxalq ictimaiyyət üçün bir daha aydın oldu. “Ölkəmizin işğaldan azad olunmuş ərazilərdə uğurla reallaşdırdığı quruculuq işləri, eyni zamanda, müharibədən ötən 5 il ərzində hələ də davam edən mina terrorunun ağır nəticələri barədə məlumat verən Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 minə yaxın soydaşımızın taleyinə inklüziv, ədalətli və ümumbəşəri cavab tələb etdi. Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu, real hədəflərə hesablanan yaşıl keçidə sadiqlik, ölkəmizin ev sahibliyi etdiyi COP29 kimi nüfuzlu tədbirin uğurlu nəticələri Prezidentin BMT gündəliyinin əsas istiqamətlərindən idi. Dövlətimizin başçısı, eyni zamanda, dünyaya “ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurmaq”la bağlı çağırış etdi”, - deyə deputat vurğulayıb.

Избранный
26
2
azerbaijan-news.az

3Источники