Qəzza sektorunun mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsi İsrail ordusunun hücumuna məruz qalıb.
AFN.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Məlumata görə, hücum pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. Dron tərəfindən atılan mərmilərdən biri digər bölgələrdən qaçan fələstinlilərin yerləşdiyi çadıra düşüb. Kanalın məlumatına görə, hücum nəticəsində 7 nəfər həyatını itirib, yaralıların sayı isə dəqiqləşdirilir.
Qəzza Səhiyyə Nazirliyinin son məlumatına görə, 2023-cü ilin oktyabrından bəri 65 mindən çox palestinalı ölüb, 167 mindən çoxu yaralanıb, həmçinin ən azı 440 yerli sakin, o cümlədən 147 uşaq aclıqdan vəfat edib.