RU

Azərbaycan Dövlət Statistika Komitəsi ilə Tacikistan Statistika Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

Sentyabrın 26-da Azərbaycan Respublikasının Dövlət StatistikaKomitəsində “Statistikanın inkişaf perspektivləri: beynəlxalqlayihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumununiştirakçıları ilə görüş keçirilib.

Trend xəbərverir ki, görüş çərçivəsində Azərbaycan Respublikasının DövlətStatistika Komitəsi ilə Tacikistan Respublikasının Prezidentiyanında Statistika Agentliyi arasında “Statistika sahəsindəəməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. MemorandumuDövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və TacikistanRespublikasının Prezidenti yanında Statistika Agentliyinindirektoru Camşed Nurmaxmadzoda imzalayıblar.

Memorandumdan irəli gələn vəzifələrin icra olunmasının səmərəlinəticələr verəcəyinə - statistika sahəsində əməkdaşlığın təşviq vəinkişaf etdirilməsi, beynəlxalq səviyyədə müqayisə edilə bilən vəhər iki ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistikməlumatlar mübadiləsinin genişləndirilməsi və iki ölkəninstatistika qurumları arasında qarşılıqlı əlaqələrinmöhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Избранный
9
8
az.trend.az

10Источники