Çin Ukraynadakı müharibə üçün Rusiya ilə dronların hazırlanmasında əməkdaşlıq edir və eyni zamanda rus hərbi-sənaye kompleksini dəstəkləyir.
Editor.az xəbər verir ki, cavab olaraq, Rusiya Çinə Tayvana hərbi müdaxilə üçün hazırlıqda yardım göstərir.
Bu məlumatlar, haker qrupu Black Moon tərəfindən əldə edilən 800 səhifəlik sənədlər toplusuna əsaslanır. Sənədlər Moskva və Pekin arasında hərbi əməkdaşlığın dərinləşdiyini göstərir. Xüsusilə, Rusiya Çinə hava-desant qoşunları sahəsində təlim və texnologiya təmin edir ki, bu sahədə hələ də rus ordusu Çin hərbi qüvvələrindən üstünlüyə malikdir.
//Samir Qurbanov, Editor.az