RU

Gəncədə 6 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLİR

III MDB Oyunlarının açılış mərasimi ilə əlaqədar sentyabrın 28-də Gəncə Şəhər Stadionu və ətraf ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət təbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Redaktor.az-a bildirilib ki, məhdudiyyət səbəbindən bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək. 

Heydər Əliyev prospektində fəaliyyət göstərən 1, 4 və 8 nömrəli, eləcə də Atatürk prospektindən keçən 6 və 7 nömrəli marşrut avtobuslarının hərəkəti Üzeyir Hacıbəyli küçəsi ilə təşkil ediləcək. 12 nömrəli marşrutun son dayanacaq məntəqəsi Bilal Qəhrəmanov küçəsi təyin ediləcək.

Избранный
11
25
redaktor.az

10Источники